Gəncəyə əlavə qatar TƏYİN EDİLDİ
    • 26-12-2019, 10:34
    • 705

Gəncəyə əlavə qatar TƏYİN EDİLDİ

“Azərbaycan Dəmir Yolları” QSC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi ilə  əlaqədar, Bakı-Gəncə istiqamətində əlavə daha bir qatar təyin edib.


"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə dekabrın 30-da Bakıdan saat 8:00-da yola düşəcək qatar,  saat 11:45-də Gəncəyə çatacaq. Gəncədən isə saat 16:00-da  Bakıya yola düşəcək və  saat 19:45-də paytaxta olacaq.