Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar TƏYİN EDİLƏCƏK
    • 2-08-2019, 17:39
    • 1 083

Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar TƏYİN EDİLƏCƏK

Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə, 10 və 13 avqust 2019- cu il tarixlərində əlavə qatar təyin ediləcək.

News24.az-ın məlumatına görə, Bakıdan 10  avqust 2019-cu il tarixində 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir. Qatar Bakıdan saat 0740-da yola düşəcək və Gəncəyə saat 1155-də çatacaq. 

Bakıdan və Gəncədən 13  avqust 2019-cu il tarixində 704 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı iki istiqamətə təyin edilir. Qatar Bakıdan saat0740-da yola düşəcək və Gəncəyə saat 1155-də  çatacaq, geriyə Gəncədən saat 1830-da yola düşəcək və Bakıya saat 2245-də çatacaq.