“Nazilə mənə qalib gəlməyib” – Qalmaqal böyüyür
    • 11-10-2023, 14:06
    • 530

“Nazilə mənə qalib gəlməyib” – Qalmaqal böyüyür

Rəqqasə Fatimə Fətəliyeva şairə Nazilə Səfərlinin apellyasiya məhkəməsində ona qalib gəlməsi ilə bağlı açıqlamasına münasibət bildirb. 

Fatimə Fətəliyeva RTV-ə açıqlamasında qeyd edib ki Nazilə Səfərlinin qalib gəlməsi doğru məlumat deyil: 

“Sizdən soruşuram, bu cür açıqlama neçə dəfə edilib? Hələ heç kim heç kimi udmayıb. Qarşı tərəf qanunlara necə hörmətlə yanaşırsa, mən də elə yanaşıram”.

Qeyd edək ki, Nazilə məhkəmədə Fatimədən 50 min təzminat istəyib. Nazilə məhkəmədə qalib gəlib, Fatimə isə apellyasiyaya müraciət edib. Bu gün isə Nazilə Səfərli qeyd edib ki, növbəti dəfə qalib gəlib: 

"Heç kimin üzərində zəfər çalmaq qürurlandırmaz məni. Hər kəs ağzına yiyəlik etsin. Bir sözü danışanda ehtiyyatlı olun. Sizin bir sözünüzdən ailə dağıla, insan ölə bilər. Sözlə ehtiyyatlı olun.

Fatimə də sözünün acizi oldu. Söylədiyi sözlərin mənə aid qismi tamamən yalan, şər və böhtan çıxdı. Allah sizi şərdən qorusun! Fatimə qanun qarşısında məndən üzr istəyəcək və şər atdığı sözlərini təkzib edəcək".

Könül İBRAHİM