İsrail HƏMAS-ın qurucusunu MƏHV ETDİ
    • 11-10-2023, 17:19
    • 259

İsrail HƏMAS-ın qurucusunu MƏHV ETDİ

İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağında keçirdiyi əməliyyat nəticəsində HƏMAS-ın qurucusu Şeyx Əbdülfəttah Duxan(“Əbu Üsamə”) öldürülüb.

News24.az xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.

Qeyd edək ki, 7 oktyabrdan etibarən HƏMAS radikal qruplaşması “İslami-Cihad”la birgə İsrailin cənub zonasına hücum edib. HƏMAS döyüşçüləri yük maşınları və paraplanlarla Qəzza zolağından İsrail ərazisinə daxil olublar. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb. Ölkə rəhbərliyi müharibə vəziyyətini rəsmən bəyan edib. Hazırda da İsrail ordusu ilə döyüşlər davam edir.

Qumral