Qətli mən törətməmişəm, şərlənmişəm - Kriminal avtoritet danışdı
    • 11-10-2023, 17:39
    • 380

Qətli mən törətməmişəm, şərlənmişəm - Kriminal avtoritet danışdı

Bakı Ağır Cinayətlər Məhkəməsində 2017-ci ildə Rusiyada “Lotu Quli” ləqəbli Nadir Səlifovun yaxın adamı Cabir Həsənovu qətlə yetirməkdə təqsirləndirilən, kriminal aləmdə “Piter Camal” kimi tanınan Camal Həsənovun məhkəmə araşdırması davam edib.

News24.az-ın məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə sənədlər tədqiq edilib. 

Təqsirləndirilən şəxs Camal Həsənov bildirib ki, ittiham aktı mülahizələr əsasında hazırlanıb: "Hadisə vaxtı mən başqa ölkədə olduğum halda, qətldə məni günahlandırırlar. Mənim qətldən xəbərim olmayıb. Müstəntiq saxta ittihamlar irəli sürüb məni şərləyiblər".

Prosesdə sənədlərin tədqiqi zamanı məlum olub ki, ittiham aktında qeyd edilib ki, Camal Həsənov qətl hadisəsini törədəndən sonra sürücüsünə zəng edərək onu aparmasını deyib. Araşdırmalarla müəyyən edilib ki, həmin vaxt Camal Həsənovun telefonundan zəng edilməyib. 

İttihama görə, Camal Həsənov zərərçəkən Həsənov Cabir Heyqubad oğlunun bir neçə dəfə iştirak etdiyi müxtəlif məclislərdə kriminal aləmdə “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Canıyev Rövşən Rafiq oğlunu 2016-cı il avqustun 18-də Türkiyədə qətlə yetirilməsində iştirak edib.

“Rövşən Lənkəranski”yə pərəstiş edən “Yeraz Camal” Cabir Həsənovdan bu əməllərinə görə qisas almaq məqsədilə Sankt-Peterburqa gederək Cabir Həsənovu odlu silahdan istifadə edərək güllələyərək öldürüb. Ona bu cinayətdə orada yaşan Nazim Nüsrətov köməklik göstərib.

Camal Həsənov qətli törədəndən sonra istintaqdan yayınaraq Azərbaycana gəlib. Nazim Nüsrətovun həbs olunandan sonra Camal Həsənovun cinayət əməli ortaya çıxıb.

Qeyd edək ki, Camal Həsənov ötən il oktyabrında hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən tutulub.

Ona Cinayət Məcəlləsinin 12.1, 120.2.1, 12.1, 120.2.5 və 12.1, 228.2.1-ci maddələri ilə ittiham verilib

Samir Əli