Vətəndaşların NƏZƏRİNƏ: Bu üç rayonunda qaz olmayacaq
    • 12-10-2023, 09:52
    • 177

Vətəndaşların NƏZƏRİNƏ: Bu üç rayonunda qaz olmayacaq

Saatlı, İmişli və Sabirabadda qazın verilişi müəqqəti dayandırılacaq.

News24.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” yüksək təzyiqli magistral qaz kəmərində görüləcək təmir işləri ilə bağlı bu gün saat 07:00-dan etibarən işlər başa çatanadək “İmişli Şəkər Zavodu 1-ci xətt və 2-ci xətt” ölçü qovşağından, həmçinin saat 08:00-dan etibarən işlər başa çatanadək “İmişli”, “Qaratəpə”, “Nərimankənd”, “Sabirabad”, “Saatlı”, “Otuzikilər”, “Qaracalar”, “Axundov” QPS-lərdən və “Əlillər evi” QTM-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

“Təmir işləri aparılan müddətdə İmişli və Saatlı rayonlarının tam olaraq, Sabirabad rayonunun isə böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq”, - deyə məlumatda qeyd olunub.