Ərzaq məhsulları bu səbəbdən - ŞOK AÇIQLAMA
    • 12-10-2023, 18:21
    • 498

Ərzaq məhsulları bu səbəbdən - ŞOK AÇIQLAMA

Son aylarda ərzaq məhsullarının qiyməti kəskin bahalaşıb. Qiymət artımı vətəndaşlar tərəfindən birmənalı qarşılanmır. Günü-gündən artmaqda davam edən qiymətlər alıcıları narahat edən problemlərdən biridir. 

Bu barədə Dövlət Statistika komitəsinin paylaşdığı hesabatda da bildirilir ki, 2023-cü ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-sentyabr aylarına nisbətən 110,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 112,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 110,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 109,6 faiz təşkil edib.

Bəs qiymət artımına səbəb ola faktorlar nədir?

İqtisadi ekspert Rəşad Həsənov mövzu ilə bağlı News24.az-a danışıb.

O bildirib ki, ərzaq məhsullarındakı qiymət artımı bir neçə amillə əlaqəlidir.

“Mövsüm dəyişikliyinin olması meyvə tərəvəz qiymətlərində ciddi artıma səbəb olub. Hazırda Rusiya bazarının ixracında artım müşahidə olunur. Ərzaq məhsullarının tədarükünün məhdud olması bazarlara qiymət baxımından canlanma yaradan faktorlardan biridir. Tələb və təklifin pozulması özünü qiymət artımında təzahür etdirir.

Ət məhsullarının xüsusilə balıq ətinin bahalaşması istehlak mövsümü ilə əlaqədardır. Payız-qış aylarında bu məhsula tələb yüksək şəkildə artıb. Qiymətlərin artması istiqamətində meyllər güclənir.

Digər əsas amillərdən biri məhərrəmlikdən sonra toyların çoxalmasıdır və iqtisadi aktivliyin artmasıdır.

Bundan əlavə ötən illə müqayisədə bu il əhalinin gəlirlərində artımın şahidi oluruq. Əhalinin gəlirlərinin artması bazarda istehahlaka təsirsiz ötüşmür.”

Ekspertin sözlərinə görə, yaxışı məqamlardan biri də odur ki, bir sıra məhsulların qiymətlərində də azalmalar müşahidə olunur. Bu azalmalar qisməndə olsa bahalaşma təzyiqlərini neytrallaşdıraraq əlavə xərc yükünün azalmasına səbəb olub.

“Dünyada ərzaq qiymətlərinin kəskin bahalaşmasının ölkəmizdə işgüzar fəallığa, əhalinin rifahına və alıcılıq qabiliyyətinə mənfi təsirinin qarşısını almaq məqsədilə təxirəsalınmaz antiinflyasiya tədbirlərinin görülməsi işlərinə başlanıb”- deyə ekspert fikirlərini sonlandırıb.

Ülkər ABDURAHMANLI