Sabah vacib gün olacaq - Emin Mahmudov
    • 12-10-2023, 19:46
    • 570

Sabah vacib gün olacaq - Emin Mahmudov

"Bu matçda qələbə qazanmaq istəyirik".

News24.az xəbər verir ki, bunu Azərbaycan millisinin kapitanı Emin Mahmudov səfərdə Estoniya yığmasına qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan əvvəl mətbuat konfransında deyib.

31 yaşlı yarımmüdafiəçi vacib qarşılaşmaya çıxacaqlarını bildirib: "Yaxşı nəticə ilə evə qayıtmaq niyyətindəyik. Burada olanda yalnız milli haqqında düşünürəm və xeyir vermək istəyirəm. Sabah vacib gün olacaq. Digər görüşlər ağır keçsə də, maksimum gücümüzü göstərməliyik. Sabah qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, oktyabrın 13-də Tallində reallaşacaq Estoniya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.