Azərbaycana yaxşı nəticə ilə qayıtmaq niyyətindəyik
    • 4-10-2023, 23:09
    • 390

Azərbaycana yaxşı nəticə ilə qayıtmaq niyyətindəyik

Matça həftəboyu ciddi hazırlaşmışıq. “Hekken” yaxşı komandadır. Rəqibin çox yaxşı oyun üslubu var. Komanda sürətli və keyfiyyətli oyunçulara malikdir.

News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Abdullah Zubir İsveçdə “Hekken" klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin II tur matçından əvvəl mətbuat konfransında deyib.

Fransalı yarımmüdafiəçi Azərbaycana yaxşı nəticə ilə qayıtmaq niyyətində olduqlarını vurğulayıb: “Qarabağ” böyük klubdur. Buna görə də dərk edirik ki, bizdən gözləntilər çoxdur. Hər kəs yaxşı nəticə gözləyir. Həmişə azarkeşlərimizi sevindirməyə çalışırıq”.

O, futbolçu kimi daim məşqlərdə aktiv iştirak etdiyini bildirib: “Meydana çıxdığım zaman əlimdən gələni edirəm ki, qələbə bizimlə olsun”.

Qeyd edək ki, oktyabrın 5-də "Ullevi" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.