-
- 4-05-2020, 17:26
- 802
"Marşrut sürücüləri arasında koronavirusa yoluxan yoxdur"- BNA
"Bakı şəhərində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan avtobus sürücüləri arasında koronavirusa yoluxma faktı qeydə alınmayıb".
News24.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
"Bizim TƏBİB-lə birgə həyata keçirdiyimiz tədbirlərlə 800-dən çox sürücü yoxlanılıb. Hələlik sürücülərimiz arasında koronavirusa yoluxan yoxdur".
BNA sədri onu da əlavə edib ki, ekspress xəttlərin pandemiya dövründən sonrakı fəaliyyəti analiz ediləcək. Təbii ki, metro ilə eyni marşrut xətti üzrə fəaliyyət göstərməsi əlverişsizdir. Xüsusi express taksi xidmətinin fəaliyyəti planlaşdırılır. Bundan əlavə olaraq, bunlar günün müəyyən saatlarında işləyə bilər. Bu da qanunsuz taksi fəaliyyətinin qarşısını ala biləcək".
Teymur Məmmədov