Abdullahiandan kritik açıqlama: -
    • 13-10-2023, 10:06
    • 241

Abdullahiandan kritik açıqlama: -"İsrailə qarşı cəbhə açılması.."

"İsrail müttəfiqləri ilə birlikdə fələstinlilərə qarşı etdiklərinə görə məsuliyyət daşıyacaq”. 

News24.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullaiyan deyib.

Abdullahiyan müsəlmanlarını israillilərə qarşı birləşməyə çağırıb.

“İslam dövlətləri İsrailin törətdiyi cinayətlərə dözməməlidir. Təcavüz və Qəzza zolağının mühasirəsinin dayanmadığı bir şəraitdə başqa cəbhələrin açılması da istisna oluna bilməz”, - deyə Abdullahian bildirib.

Ayşən