-
- 31-08-2023, 11:07
- 252
İrandan İsrailə XƏBƏRDARLIQ
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan dünən İsrailin Suriyanın Hələb beynəlxalq hava limanına hücumunu pisləyib və bu addımlara cavab veriləcəyini bildirib.
News24.az xəbər verir ki, bu barədə o, Suriyaya iki günlük səfəri zamanı Dəməşqdə keçirilən mətbuat konfransında bildirib.
“İsrailin heç bir cinayət əməli cavabsız qalmayacaq”-deyə, Abdullahiyan qeyd edib.
Xatırladaq ki, İsrail qüvvələri avqustun 28-də Suriyada SEPAH-ın silah anbarına aviazərbələr endirib. Nəticədə Hələb hava limanının fəaliyyəti dayandırılıb.
Aynurə