-
- 10-10-2023, 15:22
- 263
Abdullahiyandan HƏMAS-a münasibət: "TƏBİİ VƏ LEGİTİMDİR"
“Fələstinin müqavimət aksiyası son dərəcə təbii və legitimdir”.
News4.az verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Avropa Birliyi diplomatiyasının rəhbəri Cozef Borrellə telefon danışığında bildirib.
Abdullahiyan Fələstin və İsrail arasındakı hazırkı duruma görə Qərb ölkələrini ittiham edib.
O bildirib ki, Avropa və Qərb ikili standartlarını dayandırsaydı, bəlkə də bu gün Fələstin bu vəziyyətdə olmazdı.
Abdullahiyan Qərbi Fələstinə dəstək verməyə çağırıb.
O, həmçinin Qərb ölkələrini də ittiham edib.
“Qərb İsrail hakimiyyətinin fələstinlilərə qarşı sistematik cinayətlərinə biganədir”,- o deyib.
Borrell isə İran rəsmisinə cavabında sülhü dəstəkləmək barədə düşünməyin lazım olduğunu vurğulayıb.
Ayşən