-
- 13-10-2023, 10:19
- 339
İsrail fələstinlilərə 24 saat VAXT VERDİ - Qəzza BOŞALDILIR
İsrail ordusu Birləşmiş Millətlər Təşkilatına məlumat verib ki, Qəzzanın şimalındakı bütün Fələstin əhalisi 24 saat ərzində Qəzzanın cənubuna köçməlidir.
News24.az xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik bildirib.
“The Time of Israel” yazır ki, İsrail Müdafiə Qüvvələri (İDF) şənbə günü HƏMAS-ın kütləvi hücumuna cavab olaraq altı günlük hava bombardmanından sonra quruya hücum etməyə hazır ola bilər.
Qəzzanın şimalında təxminən 1,1 milyon fələstinli yaşayır. Xəbərdarlıq BMT əməkdaşlarına və həmin ərazilərdəki BMT obyektlərində sığınanlara şamil edilib.
“Birləşmiş Millətlər Təşkilatı dağıdıcı humanitar nəticələr olmadan belə bir hərəkatın baş tutmasını qeyri-mümkün hesab edir. BMT, təsdiqləndiyi təqdirdə, onsuz da faciə olan şeyi fəlakətli vəziyyətə çevirə biləcək hər hansı bir əmrin ləğv edilməsini şiddətlə çağırır”, - sözçü bildirib.
Təşkilat rəsmisi qeyd edib ki, xəbərdarlıq BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi və BMT-nin Qəzzadakı Təhlükəsizlik Departamentinin komanda rəhbərlərinə onların İDF-dəki əlaqə zabitləri tərəfindən çatdırılıb.
İsrail artıq Qəzzanı tam mühasirəyə alıb: su, elektrik və qaz kəsilib; bölgəyə öz sərhəd keçidlərini bağlayıb; Misirin Rəfah keçidini bombalayaraq, onu da müvəqqəti olaraq yararsız hala salıb.
Akqabay