İsrail hərbçiləri 9 fələstinlini öldürdü
    • 26-01-2023, 16:10
    • 226

İsrail hərbçiləri 9 fələstinlini öldürdü

Fələstin Səhiyyə Nazirliyi bildirib ki, bu gün İordan çayının qərb sahilinin Cenin şəhərində İsrail hərbçiləri ilə toqquşmalarda həlak olan fələstinlilərin sayı 9-a çatıb.

News24.az xəbər verir ki, toqquşmalar səhər tezdən baş verib. Daha əvvəl 4 nəfərin öldüyü, 13 nəfərin yaralandığı barədə məlumat verilmişdi.

Fələstin Səhiyyə Nazirliyinin açıqlamasına görə, ölənlər arasında yaşlı qadın da var.

Qumral Əliyeva