-
- 13-10-2023, 15:34
- 420
Qızlarına “evdə qalmısan” deyən valideynlərin əsas DƏRDİ - ŞOK AÇIQLAMA
Erkən nikaha məruz qalan qızlarımız... Bu başlığı yazmaq belə olduqca qəlizdir. Yazarkən belə insana təsir edən bu hal həmin qızlar üçün gör necə çətin və çıxılmazdır. Valideynlər övladlarına ağ gəlinlik yox, ağ kəfən geyinməyə məcbur edirlər. Çünki həmin erkən nikaha məcbur edilmiş qızlar “canlı ölü“ kimi həyatlarını davam edirlər.
Bəs nəyə görə erkən nikahlara qarşı qabaqlayıcı tədbirlər görülmür?
Bu barədə deputat Ceyhun Məmmədov News24.az-a açıqlama verib.
“Hazırda erkən nikah aktuallıq kəsb edən qlobal problemlərdən biridir. Bildiyimiz kimi 18 yaşına çatmış şəxslər evlənmək hüququnna malikdirlər. 18 yaşdan aşağı qızlarımızn evləndirilməsi bir sıra faktorlarla əlaqəlidir. Araşdırmalar onu göstərir ki, erkən evliliklər bəzi hallarda qızların öz istəyilə, əsasən valideynlərin təzyiqi və maddi vəziyyətin çətin olması ucbatından baş verir”.
Deputat bildirir ki, burada əsas məsuliyyət valideynlərin üzərinə düşür. Valideynlər qız övladlarını təhsildən kənarlaşdıraraq evlənməyə məcbur edirlər. Sanki qızlarının evlililiyinə özlərinin xilas yolu kimi baxırlar. “Ərə getsəydi yükümüz azalardı” ele bu deyimlə onları gələcəyini, xəyallarını məhv edirlər.
“Qız uşaqlarını məktəbdən yayındıraraq evliliyə cəlb edən valideynlərin cinayət məsulliyətinə cəlb edilməsi qaçınılmazdır".
"Erkən nikahın qarşısının alınmasında maarifləndirmə işinin əhəmiyyəti olduqca böyükdür. Bu baxımdan maarifləndirici tədbirlər seminarlar keçirilməli, psixoloji dəstəyə ehtiyacı olan qızlara yardım edilməlidir. Qızların təhsilə cəlb edilməsi istiqamətində önəmli addımlar atılmalıdır”.
Psixoloq Gülər Məmmədova isə bildirdi ki, erkən nikaha təhrik edilmiş qız uşaqlarının sosial xarakteri dərin depressiyaya və intihar kimi hallara gətirib çıxarır. Bəzən valideynlər bunu iqtisadi və ya sosial həyatları ilə əlaqələndirirlər. İstənilən halda bir insanın taleyini məhv etmək bir cəmiyyətin taleyini məhv etməkdir.
”Ailələrdə qız uşaqlarına “evdə qalacaqsan”, “bəxtin bağlanıb”, “yaşın keçir”, “ailə qur və uşaq dünyaya gətir” kimi psixoloji təsir ifadələri işlədilir. Alternativ seçimləri olmayan qızları valideynlərinin qərarlarına qarşı çıxa bilmirlər. Ailə qurandan sonra da onlara qarşı psixoloji təzyiq azalmır. Erkən nikah uşaqların uşaqlıqlarını əlindən alır, təhsil həyatını yarımçıq saxlayır və gələcəkdə həmin uşaqlar şəxsiyyət kimi formalaşmırlar. Erkən evliliyə məcbur edilmiş qız uşaqları hər cür istismarla qarşılaşırlar. Fiziki və psixoloji hazır olmadan, evlilik həyatına başlayan xanımlar şiddət və cinsi zorakılığa məruz qalırlar. Təhsilsiz və sosial fəallığı olmayan xanımlar məruz qaldığı bütün fiziki və psixoloji şiddətlə mübarizə apara bilmirlər”-deyə psixoloq vurğulayıb.
Ülkər ABDURAHMANLI