Bakıda məktəblilərin erkən nikahı ən çox bu rayonda qeydə alınır
    • 14-10-2022, 17:36
    • 318

Bakıda məktəblilərin erkən nikahı ən çox bu rayonda qeydə alınır

Ötən tədris ilində Bakının Qaradağ rayonunda məktəbyaşlı qızlar arasında erkən nikah halları daha çox müşahidə olunub.

News24.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva “Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün məktəbyaşlı qızların erkən nikaha cəlb edilməsi narahatlıq doğuran məsələlərdəndir:

“Ötən ilin statistikası onu deməyə əsas verir ki, Qaradağ rayonunda erkən nikah halları daha çox müşahidə olunub”.

M.Əliyeva həmçinin ötən tədris ilində 27 şagirdi məktəbdən kənarda avtomobilin vurduğunu da söyləyib:

“Bu da o deməkdir ki, məktəblərin yaxınlığında yol şəraiti ilə bağlı aidiyyəti qurumlarla danışıqlar aparılır”.