Məşhur aktyor könüllü olaraq İsrail ordusuna qatıldı - FOTO
    • 13-10-2023, 13:06
    • 293

Məşhur aktyor könüllü olaraq İsrail ordusuna qatıldı - FOTO

Netflix-də yayımlanan Fauda serialında rol alan kürd əsilli gənc aktyor İdan Amedi İsrail ordusuna qatılıb.

News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.

İsrail ilə HƏMAS arasında qarşıdurmaların şiddətləndiyi bir vaxtda dünyanın müxtəlif yerlərindən insanlar könüllü olaraq İsrail ordusuna qoşulmağa başlayıblar. Bu yaxınlarda Netflix-də yayımlanan Fauda serialının aktyorlarından biri olan İdan Amedi İsrail ordusuna qatılıb. O bununla bağlı instagram hesabında paylaşım edib. Paylaşımda deyilir:

"Ailələrimizi və uşaqlarımızı qorumaq üçün burdayıq. Biz qalib gələcəyik. Bu Fauda səhnəsi deyil, bu bir həyatdır”.

Ülkər ABDURAHMANLI