Zamiqin "Sevgi tanqo"su - VİDEO

Zamiqin "Sevgi tanqo"su - VİDEO
ŞOU-BİZNES / Video

25-03-2019, 11:28

Mətn ölçüsü

Müğənni Zamiq Hüseynov repertuarına yeni mahnı əlavə edib.

News24.az xəbər verir ki, sənətçi bu gün “Sevgi tanqosu” adlı mahnısını yayımlayıb. Tanqo janrında lentə alınan bəstə Zamiqin rəsmi “Youtube” səhifəsində yerləşdirilib.  Z. Hüseynov bildirib ki, yeni layihələri çoxdur və müəyyən fasilələrlə hamısını təqdim edəcək: “Konsertdən sonra bir az ara verdik, artıq asta-asta layihələrimi təqdim edəcəm. Bəzilərini klipli, bəzilərini isə klipsiz. Tango sevdiyim janrdır, məndə hər zaman nostalji hisslər yaradır”.

Qeyd edək ki, “Sevgi tanqosu”nun sözləri Baba Qədirli, musiqisi Vüqar Mirzəyev, aranjımanı Samir Şirinova məxsusdur.

YouTube