Məşhur aktyorun 35 il sonra əkiz qızları AŞKARLANDI
    • 13-10-2023, 14:23
    • 393

Məşhur aktyorun 35 il sonra əkiz qızları AŞKARLANDI

Türkiyənin məşhur aktyoru Metin Akpınarın nikahdankənar Duyğu Nebioğlu adlı övladı olduğu məhkəmə qərarı ilə sübuta yetirilib. 

News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.

Göksel Özdoğdu ilə 62 il evli olan usta sənətçi Metin Akpınarın nikahdankənar münasibətdən bir qızı olduğu 35 ildən sonra məlum olub. Bu barədə onun qızı olduğunu iddia edən Duyğu Nəbioğlu sosial media hesabında paylaşım edib.

O, məhkəmə qərarı ilə Akpınarın qızı olduğunun rəsmiləşdiyini açıqlayıb.

Paylaşımda qeyd olunub:

" Heyran olduğum sənətkarın bioloji atam olmasının xoşbəxtliyini yaşaya bilmədim.”

Maraqlı məqamlardan biri odur ki, əvvəlcə Metin Akpınarın yalnız bir qızı olduğu düşünülürdü. Amma həqiqət ortaya çıxıb. Duyğu Nəbioğlunun əkiz bacısı var. Bu faktın gec açıqlanmasının səbəbi Sevgi Nəbioğlunun DNT testi ilə bağlı məhkəmə qərarının hələ də verilməməsidir.

Duyğu Nəbioğlunun əkiz bacısı Sevgi Nəbioğlunun da DNT-si aktyorla uyğun gəlsə də, hələlik heç bir qərar verilməyib.

Duyqu Nəbioğlu və Sevgi Nəbioğlu anaları tərəfindən atıldıqdan sonra 6 yaşına qədər Uşaq Müdafiə Evində böyüyüblər.

Qeyd edək ki, iki bacı 1994-cü ildə Aksekili Özdener Nəbioğlu – Əminə Nəbioğlu tərəfindən övladlığa götürülüb.

Ülkər ABDURAHMANLI