Naxçıvanda bir ailənin 3 üzvü dəm qazından zəhərləndi
    • 10-04-2023, 10:19
    • 244

Naxçıvanda bir ailənin 3 üzvü dəm qazından zəhərləndi

Naxçıvanda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.

News24.az xəbər verir ki, hadisə ötən gün Naxçıvan şəhəri, Əcəmi 4, ev 25 ünvanında qeydə alınıb. Qaz sızması nəticəsində 1996-cı il təvəllüdlü Məmmədli Gülnar Kamil qızı, 2000-ci il təvəllüdlü Məmmədli Duyğu Orxan qızı və 2016-cı il təvəllüdlü Məmmədli Gülşən Orxan qızı zəhərlənib.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyətlərinin sabit olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.