Son saatlara qədər sağ olduğu deyilsə də...
    • 11-02-2023, 12:19
    • 180

Son saatlara qədər sağ olduğu deyilsə də...

Türkiyənin tanınmış aktyoru Orxan Aydının zəlzələdən sonra dağıntılar altında qalan qızı vəfat edib.

News24.az xəbər verir ki, 5 gündür dağıntılar altında qalan Elif Torun Önerenin cansız bədəni bu gün səhər saatlarında xilasedicilər tərəfindən çıxarılıb. Son saatlara qədər sağ olduğu bildirilən qız apardığı bu mübarizədə məğlub olub. 

Qeyd edək ki, Orxan Aydın günlər əvvəl sosial şəbəkə hesabında qızı və keçmiş həyat yoldaşından heç bir xəbər ala bilməməsi ilə bağlı paylaşım edərək kömək istəmişdi. Bundan sonra axtarışlar nəticəsində aktyorun eks-xanımı Eylem Şafak Aydın dağıntılar altından sağ çıxarılıb.
Qızı Elif Torun Önerenin yeri müəyyənləşsə də çıxarıla bilməmişdi. 36 saat sürən axtarışlardan sonra isə onun nəşi tapılıb. //qafqazinfo