-
- 27-07-2018, 12:35
- 1 500
Qadın təsadüfən oxuduğu kitabda əriylə yazıçının sevgili olduğunu öyrəndi – Xəyanətə görə...
İstanbulda maraqlı hadisə yaşanıb.
News24.az xəbər verir ki, ailəli qadın təsadüfən oxuduğu kitabda yazıçı A.I və həyat yoldaşının münasibəti olduğunu aşkara çıxarıb. 6 illik evli və 2 uşaq anası olan qadın ərinin xəyanətinə görə boşanmaq üçün məhkəməyə müraciət edib və 5 min manat dəyərində təzminat tələb edib. Dəlil kimi isə həmin əsəri məhkəməyə təqdim edəcək.
Əsər istanbulda yaşayan və iki evli insanın xəyanətlə dolu münasibətindən söhbət açır. Kitabı oxuyan hər kəs böyük şok yaşayır. Əsərin içindəkilər sanki yazarın beynindən süzülən fikirlər deyil, yaşanmış olan münasibətlərin birəbir eynisidir.
Kitab yazıçının U.G adlı kişi ilə sevgi münasibətindən bəhs edir. U.G-nın atasının suda boğularaq ölməsindən, evdə olan bütün əşyaların təsvirindən, U.G-nın boyunun uzunluğundan, avtomobilindən, bir sözlə getdiyi kafeyə qədər hər şey olduğu kimi qeyd olunub.
Həyat yoldaşı evdə olmadığında yazıçı A.I-nı evinə gətirmiş və çox vaxt münasibətlər həmin evdə davam etmişdir. Ona görə də yazıçı evdə olan bütün əşyaların yerindən xəbərdar idi.
Aldadılan qadın yazıçının əriylə olan münasibətlərini yazıçının sosial media hesablarından, eyni yerdə oturduqları və paylaşdıqları şəkillərlə də isbat edib.
Butün bu əsaslarla xəyanət əmin olan qadın ərindən boşanmaq üçün məhkəməyə müraciət edib və təzminat davası açıb.
Elvin Nüsrətoğlu