-
- 13-10-2023, 16:59
- 473
Dollarla bağlı dəhşətli proqnoz: - "çökəcək"
“Hazırkı ABŞ dolları sisteminin əsas problemi ondan ibarətdir ki, Amerika iqtisadiyyatını on ildən artıqdır xilas edən emissiya mexanizmi fəaliyyətini dayandırıb”.
News24.az bu barədə xəbər verir ki, bunu məşhur iqtisadçı Mixail Xazin deyib.
“Bu vəziyyət ABŞ-ın 1913-cü ildə Federal Ehtiyat Sisteminin yaradılmasından bəri bütün dövr ərzində ixrac etdiyi iqtisadi inkişaf modelinin sonu deməkdir. Əslində, bu müddət ərzində Birləşmiş Ştatlar havadan pul yaratmaq monopoliyasından həzz aldı. Ölkə hökuməti özəl tələbi dəstəkləmək üçün iqtisadiyyata istənilən məbləğdə təminatsız pul daxil edə bilərdi. Yəni dövlət böhranla üzləşdiyi anlarda sadəcə yaşıl əskinaslar çap edib böyük maliyyə çətinliyi yaşayan insanlara paylayırdı. 2008-ci ildə hakimiyyət bank sektorunu “vertolyot pulu” ilə örtdü” ,- deyə o bildirib.
Ayşən