-
- 14-10-2023, 01:11
- 525
“Avro 2024”ün seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib
Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının (“Avro 2024”) seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də daha bir neçə qarşılaşma oynanılıb.
News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanla eyni qrupda yer alan Belçika səfərdə Avstriyadan üstün olub – 3:2. Belçika millisinin qollarına Lukebakio (2) və Lukaku imza atıblar. Avstriyanın qollarının müəllifləri isə Laymer və Sabitzer (penalti) olublar.
Günün digər maraqlı qarşılaşması Amsterdamda keçirilib. Niderland millisi öz meydanında Fransa ilə bacarmayıb – 1:2. Meydan sahiblərinin heyətində Hartman fərqlənib. Fransa millisinin heyətində isə Mbappe dubl edib.
Digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:
Portuqaliya- Slovakiya – 3:2
İslandiya-Lüksemburq – 1:1
İrlandiya-Yunanıstan - 0:2
Lixtenşteyn və Bosniya və Herseqovina – 0:2.