AVRO-2024: Azərbaycan millisi Estoniya ilə heç-heçə etdi - FOTO
    • 17-06-2023, 21:58
    • 752

AVRO-2024: Azərbaycan millisi Estoniya ilə heç-heçə etdi - FOTO

AVRO-2024-ün seçmə mərhələsinin III turu çərçivəsində keçirilən Azərbaycan – Estoniya oyunu keçirilir.

News24.az xəbər verir ki, “Dalğa Arena”da baş tutan görüşdə birinci hissə Estoniya yığmasının 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

***

AVRO-2024-ün seçmə mərhələsinin III turunda keçirilən Azərbaycan – Estoniya oyununda ikinci qol vurulub. 62-ci dəqiqədə künc nöqtəsindən ötürülən topu başla qapıdan keçirən Anton Krivotsyuk qonaqları mərkəzə dəvət edib. - 1:1

***

Komandaların qalan dəqiqələrdəki cəhdləri bir nəticə verməyib və oyun 1:1 hesabı ilə başa çatıb. Beləliklə, hər iki yığma seçmə mərhələdə ilk xalını qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk iki oyununda Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabı ilə məğlub olub. Yığma növbəti matçını sentyabrın 9-da evdə Belçika seçməsinə qarşı keçirəcək.

***

AVRO-2024-ün seçmə mərhələsi
F qrupu, III tur
17 iyun
20:00. Azərbaycan - Estoniya - 1:1
Qollar: Anton Krivotsyuk, 62 - Rauno Sappinen, 27
Bakı, “Dalğa Arena”