Zaqatalada 2 "Jiquli" toqquşdu, ölən var
    • 14-10-2023, 12:31
    • 193

Zaqatalada 2 "Jiquli" toqquşdu, ölən var

Zaqatalada yol qəzasında ölənin kimliyi bilinib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, oktyabrın 14-ü saat 10 radələrində Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində Bayram Heydərovun idarə etdiyi “VAZ-2106” və Fikrət Əliyevin idarə etdiyi “VAZ-21011”markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2106”dakı sərnişin, 1960-cı il təvəllüdlü şəhər sakini Bilalova Yeganə Məhərrəm qızı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki sürücü və “VAZ-2106” markalı avtomobildəki iki sərnişin - Gülnar Heydərova, eləcə də 2017-ci il təvəllüdlü bir azyaşlı xəstəxanaya yerləşdiriliblər. 

Faktla bağlı cinayət işi başlanılıb.