Maştağada avtomobillər toqquşdu, 2 sərnişin öldü
    • 27-06-2022, 11:51
    • 246

Maştağada avtomobillər toqquşdu, 2 sərnişin öldü

İyunun 26-da saat 2 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində Orxan Ələkbərovun idarə etdiyi “VAZ-2106” və S.Xəlilovun idarə etdiyi “BMW” markalı avtomobillər toqquşub.

Nəticədə O.Ələkbərov, sərnişinləri Rüstəm Musazadə və Həsən Cavadov hadisə yerində ölüb, S.Xəlilov xəstəxanaya yerləşdirilib.

Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.