Lotereyadan 100 min UDDU
    • 14-10-2023, 22:24
    • 266

Lotereyadan 100 min UDDU

Missuri ştatından olan ABŞ sakini ad günündə lotereyada 100 min dollar (təxminən 170 min manat) udub.

News.az xarici mediaya istinadla bildirir ki, oğlan doğum günündə özünə hədiyyə olaraq mağazadan iki ani lotereya bileti alıb. Birinin üzərindəki qoruyucu təbəqəni siləndə onun böyük məbləğin sahibi olduğu müəyyənləşib.

Amerikalı həyat yoldaşına sürpriz etmək istəyərək, ona zəng edib, ancaq özü əvvəlcə qalib olduğuna inanmayıb. Onun sözlərinə görə, həyat yoldaşı mobil proqramda bileti şəxsən yoxladıqdan sonra ona inanıb.

Adam hələ ki, alınan bütün məbləği necə xərcləyəcəyini dəqiq bilmir, lakin onun bir hissəsi ailə tətilini ödəməyə gedəcək.