Sabirabadda yol qəzası olub, xəsarət alanlar var
    • 14-10-2023, 22:53
    • 346

Sabirabadda yol qəzası olub, xəsarət alanlar var

Sabirabadın Qaragüney kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər xəsarət alıb.

News.az Report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobillə digər avtomobil toqquşub.

Qəza nəticəsində rayonun Qaragüney kəndinin sakinləri, 1963-cü il təvəllüdlü Aslanov Vahid Heybət oğlu, 1995-ci il təvəllüdlü Aslanova Xanımzər Cavanşir qızı, onun azyaşlı qızı, 2020-ci il təvəllüdlü Aslanova Zəkiyyə Rahil qızı və daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.