İsrail itkilərini AÇIQLADI
    • 15-10-2023, 00:24
    • 361

İsrail itkilərini AÇIQLADI

İsrail ordusu HƏMAS-ın hücumları nəticəsində həlak olan hərbçilərinin sayını yeniləyib.

News.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.

Məlumata görə, oktyabrın 7-dən bəri İsrail ordusunun 279 hərbçisi həlak olub.

Qeyd edək ki, 7 oktyabrda HƏMAS və "İslami-Cihad" hərəkatının İsrailə kütləvi hücumu baş verib. Nəticədə yüzlərlə israilli ölüb və yaralanıb, həmçinin girov götürülüb.