“İsrailə hücum edən fələstinlilərin əllərindən öpürük” - Xamenei
    • 10-10-2023, 12:38
    • 337

“İsrailə hücum edən fələstinlilərin əllərindən öpürük” - Xamenei

“İsrailə hücumu planlaşdıran fələstinlilərin əllərindən öpürük”.

News24.az “Reuters”-ə istinadla xəbər verir ki, bunu İranın dini lideri Əli Xamenei deyib.

O, HƏMAS-ın İsrailə hücumunun arxasında Tehranın dayanmadığını söyləyib.

“Tehran HƏMAS qrupunun həftə sonu İsrailə hücumunda iştirak etməyib, lakin İsrailin hərbi və kəşfiyyat məğlubiyyətini alqışlayıb”, İranın ali rəhbəri bildirib.

Qeyd edək ki, 7 oktyabrda HƏMAS “İslami-Cihad”la birgə İsrailə hücum edib. Nəticədə 900 israilli ölüb, 2400 yaralı var. İsrailin BMT-dəki nümayəndəsi bildirib ki, 100-150 nəfər əsir götürülərək Qəzzaya aparılıb.  Onlarla əcnəbi öldürülüb, əsir alınıb. İsrailin hava hücumları nəticəsində Qəzzada 700-dən çox insan həyatını itirib. İsrail Müdafiə Qüvvələri 1500 HƏMAS döyüşçüsünün cəsədini İsrail ərazisində qaldığını açıqlayıb.

Akqabay