-
- 15-10-2023, 08:44
- 437
Rusiya 27 PUA vurduğunu AÇIQLADI
Ukrayna 27 pilotsuz uçuş aparatı ilə Rusiya ərazisindəki hədəflərə hücum etməyə cəhd edib.
News.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, onlardan 18-i Kursk vilayəti, daha 2-si isə Belqorod vilayəti üzərində vurulub.
"Bu gecə Kiyev rejiminin Rusiya ərazisindəki obyektlərə PUA-larla terror aktı törətmək cəhdinin qarşısı alınıb. Hava hücumundan müdafiə sistemləri Ukraynanın 27 pilotsuz uçuş aparatını məhv edilib”, - deyə departamentdən bildiriblər.