ABŞ-la müharibə tamam fərqli olacaq - Putin
    • 15-10-2023, 17:01
    • 210

ABŞ-la müharibə tamam fərqli olacaq - Putin

ABŞ Rusiya ilə vuruşmaq istəsə, o zaman bu, “xüsusi hərbi əməliyyat”a bənzər münaqişə deyil, tamamilə fərqli müharibə olacaq.

News24.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Biz sülh istəyirik və əgər ABŞ Rusiya ilə döyüşmək istəyirsə, deməli bu, tamam başqa müharibədir, bu, “xüsusi hərbi əməliyyat” deyil. Yaxın Şərqə baxın, doğrudanmı orada xüsusi hərbi əməliyyat gedir? Həqiqətən müqayisə etmək mümkündürmü?”, - Putin bildirib.