Putin ilk dəfə  “xüsusi hərbi əməliyyat” əvəzinə “müharibə” ifadəsini işlətdi
    • 23-12-2022, 12:21
    • 389

Putin ilk dəfə “xüsusi hərbi əməliyyat” əvəzinə “müharibə” ifadəsini işlətdi

Rusiya prezidenti Vladimir Putin Ukraynadakı münaqişədən danışarkən ilk dəfə “xüsusi hərbi əməliyyat” ifadəsi əvəzinə “müharibə” sözünü istifadə edib.

News24.az xəbər verir ki, Rusiya Dövlət Şurasının iclasına qatılan Rusiya prezidenti iclasdan sonra mətbuat konfransı keçirib.

Bu, Rusiya liderinin "müharibə" kəlməsini ilk dəfə işlətməsi olub. 

Moskvada açıqlamalar verən Putin, ABŞ-ın Ukraynaya göndərəcəyi Patriot hava hücumundan müdafiə sistemlərinin müharibənin uzanmasına gətirib çıxaracağını ifadə edərək, “Məqsədimiz hərbi qarşıdurmanın yönünü dəyişmək deyil, müharibəyə son qoymaqdır" deyib.  /CNN Türk/

Teymur Məmmədov