Messi Argentina millisi ilə vidalaşacaq? - Ulduz futbolçudan AÇIQLAMA
    • 19-12-2022, 10:43
    • 264

Messi Argentina millisi ilə vidalaşacaq? - Ulduz futbolçudan AÇIQLAMA

Dünya çempionu olan Lionel Messi Argentina millisindəki taleyi ilə bağlı suallara aydınlıq gətirib.

News24.az xəbər verir ki, Argentina millisinin dünya çempionatının kubokunu qazanmasında mühüm pay sahibi olan 35 yaşlı ulduz futbolçu bu barədə “TyC Sports”a açıqlama verib:

“İnanılmaz oyun oldu. Qələbə qazanacağımıza inanırdım. Milli komandanı tərk etmək fikrim yoxdur. Argentina millisinin forması ilə dünya çempionu kimi oynamağa davam etmək istəyirəm”.