Məşhur aktyor dəhşətli qəza törətdi - FOTO
    • 16-10-2023, 12:01
    • 199

Məşhur aktyor dəhşətli qəza törətdi - FOTO

Məşhur aktyor Erkan Can Ümraniyedə sərxoş halda avtomobil idarə edərkən qəza törədib.

News24.az xəbər verir ki, bu barədə "Haberglobal" məlumat yayıb.

 Qəzadan xəsarət almadan sağ çıxan aktyordan yol polisi yoxlaması zamanı 236 promil spirti aşkarlanıb. 

Qəza dünən gecə saat 03:50 radələrində Şile şosesi Parseller qovşağının kənarında baş verib. Məşhur aktyor Erkan Can sərxoş halda avtomobil idarə edərkən sükanı itirməsi nəticəsində dəmir baryerlərə çırpılıb. Qəzanı görən bəzi sürücülər kömək etmək üçün hadisə yerində dayanaraq vəziyyəti polis əməkdaşlarına xəbər verib.

Qeyd edək ki, aktyorun vəziyyəti yaxşıdır.

Ülkər ABDURAHMANLI