-
- 16-10-2023, 14:53
- 187
Kritik qərar: hərbçilər Qəzzaya YERLƏŞDİRİLİR
“ABŞ hərbçiləri girovluqda olan həmvətənlərimizi azad etmək üçün Qəzza zolağında yerləşdirilə bilər”.
News24.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Girovluqda olan vətəndaşlarımızın azad edilməsi və vətənə qaytarılması məsələsində heç nəyi istisna etməyəcəm”, - ABŞ rəsmisi bildirib.
Kirbinin sözlərinə görə, Vaşinqtonun Fələstin-İsrail münaqişəsində iştirak etmək üçün Amerika qoşunlarını göndərmək planı və ya niyyəti yoxdur.
O, qeyd edib ki, Co Bayden administrasiyası Qəzza zolağında amerikalı girovlar məsələsi üzərində işləyir.
“Bu, prezidentin bir nömrəli prioritetidir və onun üçün xaricdə girov saxlanılan amerikalıların təhlükəsizliyi daha vacib heç nə yoxdur. Biz onları ailələrinə qovuşdurmayana qədər dayanmayacağıq”, - Kirbi əlavə edib.
Ayşən