"Şərt yoxdur Bayden görüşə hazırdır" - KİRBİ
    • 18-08-2023, 11:28
    • 136

"Şərt yoxdur Bayden görüşə hazırdır" - KİRBİ

"ABŞ prezidenti Co Bayden Koreya yarımadasının nüvəsizləşdirilməsini müzakirə etmək üçün “ilkin şərt olmadan” Şimali Koreya lideri Kim Çen İnlə görüşməyə hazırdır".
 
News24.az “Kyodo News”a istinadla xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Bu təklifə müsbət cavab vermədilər, amma təklif hələ də qüvvədədir. Biz ilkin şərt olmadan oturub danışıqlar aparmağa hazırıq”, - Kirbi bildirib.

Kim Çen İnlə şəxsən üç dəfə görüşən sələfi Donald Trampdan fərqli olaraq, Bayden administrasiyası indiyədək rəsmilərin cəlb olunduğu bir çox
kanallar vasitəsilə nüvəsizləşdirmədə irəliləyiş əldə etməyə çalışıb, lakin ən yüksək səviyyədə deyil.
 
Ayşən