"Vaşinqtonun pulu tükənir" - KİYEVİ NƏ GÖZLƏYİR?
    • 30-09-2023, 19:14
    • 252

"Vaşinqtonun pulu tükənir" - KİYEVİ NƏ GÖZLƏYİR?

“Vaşinqtonun Kiyev üçün pulu tükənir”.

News24.az xəbər verir ki, bu barədə 

ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Onun sözlərinə görə, Ukraynaya hərbi yardım üçün cəmi bir neçə həftə qalıb. 

"Tələb etdiyimiz əlavə maliyyənin olmaması bu gələn payız və qışda Ukraynaya kömək etmək qabiliyyətimizə böyük təsir göstərəcək",- Kirbi deyib.

ABŞ ordusunun Avropadakı keçmiş baş komandanı, general Ben Hodces xatırladıb ki, Amerika təchizatı olmasaydı, Ukrayna çoxdan məğlub olardı.

Eyni zamanda, Hodcesin qeyd etdiyi kimi, Co Bayden administrasiyası sadə amerikalılara onların vergilərinin Kiyevin bu qədər məbləğdə maliyyələşdirilməsinə niyə xərcləndiyini izah edə bilməyib.

“Artıq bir neçə aydır ki, Konqres büdcə ilə bağlı razılığa gəlməyib və hökumətin fəaliyyəti üçün müvəqqəti təhlükə yaranıb. Amerikalıların 40%-i hökumətin bağlanmasında Bayden və Demokratları günahlandıracaq. Eyni sayda insan Ukrayna üçün hazırkı xərclərin əleyhinədir.Öz növbəsində Bayden məsuliyyəti respublikaçıların üzərinə qoyur. O, Nümayəndələr Palatasının sədri Kevin Makkarti ilə növbəti on il ərzində büdcə kəsirini bir trilyon dollar azaltmaq barədə razılığa gəlib. Bununla belə, 30 parlamentari Ağ Evə ünvanladığı məktubda Ukraynanın iki on milyarddan çox pul tələbini rədd edib”.

"CNN" mənbələrə istinadən xəbər verir ki, parlament dalanından çıxmağa çalışan respublikaçılar Pentaqonun uzunmüddətli xərclər haqqında qanun layihəsində Ukraynaya ayrılan yardımın azaldılması məsələsini müzakirə ediblər. Bu, sərt xətt tərəfdarlarını qane edə bilər.

Ayşən