-
- 18-09-2023, 12:27
- 282
"Bayden BMT-də dəyişikliklər edəcək" - KİRBİ
"Bu həftə ABŞ prezidenti Co Bayden BMT Təhlükəsizlik Şurasında (TŞ) dəyişikliklərlə bağlı məsələni həll etməyi planlaşdırır."
News24.az xəbər verir ki, bu barədə Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ prezidentinin Baş Assambleyadakı çıxışından əvvəl bildirib.
Ağ Evin nümayəndəsi bildirib ki, BMT-nin strukturunu dəyərləndirməyin vaxtı çatıb. Kirbi əlavə edib ki, ABŞ hakimiyyəti nöqteyi-nəzərindən Təhlükəsizlik Şurası “daha əhatəli və hərtərəfli olmalıdır”.
ABŞ Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayını artırmağı və mövcud beş ölkəyə: Rusiya, ABŞ, Fransa, Böyük Britaniya və Çinə Afrika və Latın Amerikası da daxil olmaqla daha altı ölkənin əlavə edilməsini təklif edib. Üstəlik, yeni dövlətlər mövcud beş dövlətin veto hüququna malik olmayacaqlar.
Ayşən