Taksidən istifadə edənlərə ŞAD XƏBƏR - RƏSMİ
    • 16-10-2023, 16:30
    • 276

Taksidən istifadə edənlərə ŞAD XƏBƏR - RƏSMİ

Azərbaycanda taksi sifarişi operatoru fəaliyyətinə icazələrin verilməsinə başlanılıb. 

Bu barədə News24.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Məlumata görə, artıq 4 şirkət icazə üçün qirima  müraciət edib. 

Məlumatda qeyd edilir ki. icazə taksi sifarişi operatorunun təqdim etdiyi xidmətlərin, o cümlədən müştərilərin fərdi məlumatlarının təhlükəsizliyinin standartlara uyğunluğunu təsdiqləyir. 

Qeyd edək ki, taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatlar AYNA İnformasiya Sisteminə real vaxt rejimində ötürülməlidir.