Ərdoğan və Rəisi müharibəyə son qoyacaq addımları müzakirə etdi
    • 16-10-2023, 16:55
    • 214

Ərdoğan və Rəisi müharibəyə son qoyacaq addımları müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və iranlı həmkarı İbrahim Rəisi telefon danışığında İsrail və Fələstin qüvvələri arasında döyüşlərə son qoymaq üçün ölkələrin ata biləcəyi mümkün addımları müzakirə ediblər.

News24.az xəbər verir ki, bununla bağlı Türkiyə Prezident Administrasiyası “X” sosial şəbəkə platformasında paylaşım edib.

Bildirilib ki, Rəcəb Tayyib Ərdoğan Rəisiyə Türkiyənin Qəzzaya humanitar yardım aparmağa çalışdığını söyləyib və vəziyyəti gərginləşdirə biləcək addımlardan çəkinməyə çağırıb.

Akqabay