-
- 10-10-2023, 23:30
- 324
Ərdoğan ilə BMT-nin Baş katibi İsrail-Fələstin münaqişəsini müzakirə etdi
Oktyabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə BMT-nin Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.
News24.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı İsrail-Fələstin münaqişəsinin həlli, eləcə də Türkiyənin vasitəçiliyi ilə bölgədəki günahsız mülki vətəndaşlara humanitar yardımların çatdırılması istiqamətində atıla biləcək addımlar müzakirə edilib.
Davam edən çatışmaların vəziyyəti daha da çıxılmaz hala salacağını vurğulayan Prezident Ərdoğan tərəflərin təmkinli davranmasının və impulsiv addımlar atmaqdan çəkinməsinin vacibliyini vurğulayıb.