Blinkenlə Fidan HƏMAS-ı müzakirə etdi
    • 16-10-2023, 17:35
    • 248

Blinkenlə Fidan HƏMAS-ı müzakirə etdi

ABŞ dövlət katibi Antoni Blinken bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə telefon danışığı aparıb.

News24.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin bəyanatında deyilir.

“Onlar münaqişənin genişlənməsinin qarşısını almaq və müharibənin humanitar nəticələrini minimuma endirmək məqsədi daşıyan diplomatik səyləri müzakirə ediblər. Dövlət katibi HƏMAS-ın zorakı hücumlarına dərhal son qoymağın və girovların azad edilməsinin vacibliyini bir daha bəyan edib”, - deyə məlumatda bildirilir.

Ayşən