Hakan Fidan Blinkenlə DANIŞDI
    • 16-10-2023, 01:28
    • 362

Hakan Fidan Blinkenlə DANIŞDI

Türkiyənin xarici işlər naziri Hakan Fidan Amerika tərəfinin xahişi ilə ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.

News24.az TASS-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

“Söhbət zamanı Fələstin – İsrail münaqişəsi zonasında baş verən son olaylar, eləcə də Qəzzada humanitar vəziyyət müzakirə edilib, həmçinin NATO-nun genişlənməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb”, - mənbə qeyd edib.