-
- 26-03-2019, 10:30
- 1 542
"Diqlas"da baş verən yanğın haqda Səhiyyə Nazirliyindən - AÇIQLAMA
“"Diqlas" ticarət mərkəzində baş verən yanğın nəticəsində zəhərlənən yoxdur".
Bunu News24.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib. Onun sözlərinə görə, nazirliyin 6 briqadası hadisə yerindədir:
“İçəri keçməyə hec kəsi qoymurlar. Yanğını söndürmək çətindir. Xəsarət alan yoxdur. Ümumiyyətlə, zəhərlənənlərin olması ilə bağlı yayılan və yazılan xəbərlər yalandır. Amma elə bir şey yoxdur. Hətta malları yananları belə içəri girməyə qoymurlar”.
Respublika Toksologiya Mərkəzindən News24.az-a verilən məlumata görə, yanğın zamanı zəhərlənmə ilə bağlı heç kim gətirilməyib, nə də məlumat verilməyib.
Sevinc YASİNQIZI