"Diqlas" yanğınında zərər çəkən iki sahibkara psixoloji yardım göstərilib
    • 27-03-2019, 10:41
    • 951

"Diqlas" yanğınında zərər çəkən iki sahibkara psixoloji yardım göstərilib

Dünən “Diqlas” ticarət mərkəzində baş verən yanğın zamanı iki sahibkara psixoloji yardım göstərilib. 

Bunu News24.az-a açıqlamasında Səhiyyə Nazirliyinin əməkdaşı Səfayə Əhmədova deyib. O, bildirib ki, dünən ümumi olaraq on üç nəfərə yardım edilib: “Cəmi bir nəfər yanğınsöndürən əl kəsiyi ilə bağlı Sabunşu 3 saylı Xəstəxanaya aparılıb. Yardım edildikdən sonra da evə buraxılıb. Digər 13 nəfərə isə yerindəcə yardım edilib. Onlardan səkkizi Fövqəlada Hallar Nazirliyinin əməkdaşı, biri polis, ikisi sahibkar, ikisi isə mühafizəçi olub. Hazırda heç bir problem yoxdur”.

Sevinc YASİNQIZI