-
- 26-03-2019, 11:56
- 1 788
"Diqlas"da malları yanan iki xanım huşunu itirdi - xəstəxanaya aparıldılar
Paytaxt Bakıda yerləşən "Diqlas" ticarət mərkəzində baş verən yanğın hadisəsi ölkə gündəmindədir.
News24.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğına cəlb olunan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının yanğının söndürülməsi üçün cəhdləri davam edir. Hadisə yerinə gələn general-polkovnik Kəmaləddin Heydərov açıqlama verərək bildirib ki, yanğın tam söndürülənə qədər hadisə yerində olacaq.
Qeyd edək ki, yanğın zamanı malları yanan mal sahibləri K. Heydərova yaxınlaşmaq istəsələr də polislər tərəfindən imkan verilməyib. Bu səbəbdən də polislərlə mal sahibləri arasında insident yaşanıb. Mal sahibi olan iki xanımın səhhəti pisləşdiyi üçün təcili tibbi yardım maşını ilə yaxınlıqdakı xəstəxanaya aparılıb.
Sevinc YASİNQIZI