Xaçaturyanın iş yoldaşından tükürpədən AÇIQLAMA: Atamı, anamı və qayınatamı...
    • 17-10-2023, 10:48
    • 909

Xaçaturyanın iş yoldaşından tükürpədən AÇIQLAMA: Atamı, anamı və qayınatamı...

Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törədən Vaqif Xaçaturyan öz iş yoldaşının yaxın qohumlarını qətlə yetirib. 

Bu barədə News24.az-a Meşəli kənd sakini İbrahim Nurməmmədov deyib. 

O bildirib ki, Vaqif Xaçaturyanla uzun müddət bir yerdə sürücü işləyib: 

"İkimiz də bir yerdə Xankəndidə sürücü işləmişik. Vaqif maşınla gübrə daşıyırdı. Meşəli soyqırımında bilə-bilə atamı, anamı, qayınatamı və yaxın qohumlarımı qətlə yetirib". 

Samir Əli